Narkotik alverçisi olan 20 yaşlı qıza hökm oxundu

13:48 - 22 Sentyabr 2016 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Hüseynova 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 1995-ci il təvəllüdlü M.Hüseynova Gəncədən Bakıya gələrkən polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində baxış aparılarkən 3 kiloqramdan çox marixuana aşkarlanıb.

M.Hüseynova Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsi ilə ittiham olunub.

Xəbər xətti