Qadını döyə-döyə qətlə yetirməkdə təqsirləndirilən şəxsə 18 İL HƏBS TƏLƏBİ

12:39 - 22 Sentyabr 2016 - Xəbər

Sumqayıtda qadını döyərək amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Elman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında məhkəməyə Elman Əhmədovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Zərərçəkmiş şəxsin hüquqi varisi çıxışında Elman Əhmədovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Vəkil isə hüquqlarını müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarılması istəyindədir. Təqsirləndirilən şəxs son söz üçün vaxt tələb etdi. Məhkəmə sentyabrın 28-də davam edəcək.
Qeyd edək ki, Sumqayıt şəhərində şəhər sakini Gülnaz Dadaşova müəyyən edilməmiş avtomobillə vurulub və o, hadisə yerində ölüb. Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşları tərəfindən Gülnaz Dadaşovanın münaqişə zəminində həmyerlisi Elman Əhmədov tərəfindən döyülərək qətlə yetirilməsi müəyyən edilib və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elman Əhmədov tutulub. O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Xəbər xətti