ABŞ "Boeing" şirkətinə İrana təyyarə satmağa icazə verib

11:37 - 22 Sentyabr 2016 - Xəbər

ABŞ hökuməti "Boeing" aviaşirkətinə İrana təyyarə satmağa icazə verib. Ucnoqta.az"RİA Novosti"yə istinadən bildirir ki, şirkət məlumatı təsdiqləyib.

"Biz icazə almışıq və "İran air" şirkəti ilə danışıqlar aparırıq", - deyə, şirkətdən bildirilib.
Qeyd edək ki, İran şirkətdən yüzdən artıq "Boeing" almaq niyyətindədir. Bu təyyarələrin ümumi dəyəri 25 milyard dollardır.

Xəbər xətti