Hind yeməkləri festivalı keçiriləcək - Bakıda

08:10 - 22 Sentyabr 2016 - Cəmiyyət

Bakıda hind yeməkləri festivalı keçiriləcək. Hindistanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, festival sentyabrın 25-nə nəzərdə tutulub.

Festival Azərbaycandakı Hind İcması tərəfindən təşkil olunacaq.

Tədbir çərçivəsində hind mətbəxinin nümunələri, həmçinin hind yeməklərinin hazırlanma qaydaları nümayiş etdiriləcək.

Xəbər xətti