Bakıda NATO Mobil Təlim Qrupu kurs keçirilir

17:20 - 20 Sentyabr 2016 - Xəbər

Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən NATO-nun Ramştayn Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığının Mobil Təlim Qrupu "Birgə HHQ Əməliyyatlarının Planlaşdırılması" mövzusunda təlim kursu keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, kurs müddətində iştirakçılara "NATO HHQ-nin Komanda və Qüvvə strukturu", "Birgə Əməliyyatların Planlaşdırılmasının Əsas Xüsusiyyətləri" və digər mövzular barədə məlumatlar veriləcək, eləcə də işçi qruplarda fəaliyyətlər həyata keçiriləcək.

Təlim kursu sentyabrın 23-dək davam edəcək.


Xəbər xətti