Ermənilər Ağdamın işğal olunmuş ərazilərində təlim keçir

14:32 - 20 Sentyabr 2016 - Xəbər

Erməni silahlı qüvvələri Ağdamın işğal olunmuş ərazilərində hərbi təlimlərə başlayıb.APA-nın xəbərinə görə, müxtəlif qoşun birləşmələri işğal altında olanAğdam şəhərində zirehli texnika və artilleriya qurğularından istifadə etməklə təlim keçir. Ağır artilleriya qurğularından atılan mərmilər dağ massivlərinə dəydikdən sonra yaranan toz və tüstü dumanı təmas xəttindəki kəndlərdən görünür. Atəş səsləri cəbhəyanı yaşayış məntəqələrində aydın eşidilir.

Xəbər xətti