Rusiyanın Xəzərdəki donanmasına yeni komandir təyin olunub

11:20 - 20 Sentyabr 2016 - Xəbər

Kontr-admiral Sergey Pinçuk Rusiya Xəzər Donanmasının komandiri vəzifəsinə təyin edilib.

Ucnoqta.az "RİA-Novosti"yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb.

Rusiyanın Xəzər Donanmasının sabiq komandiri, kontr-admiral İqor Osipov isə Sakit okean Donanmasında yeni vəzifəyə təyin olunub.

Xəbər xətti