Zəlzələ baş verib - Yunanıstanda

11:10 - 19 Sentyabr 2016 - Xəbər

Bazar ertəsi Yunanıstanın qərbində 4,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 07:59-da baş verib. Zəlzələnin episentri Afinadan 296 km. qərbdə və Patrı şəhərindən 122 km. qərbdə qeydə alınıb. Yeraltı təkanların ocağı yerin 8 km. dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Xəbər xətti