Sabah "Bakı Metropoliteni"ndə canlı konsert olacaq

14:58 - 17 Sentyabr 2016 - Xəbər

"Bakı Metropoliteni" QSC sentyabrın 18-i - Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin doğum gününü bu il də fərqli qaydada qeyd edəcək."Bakı Metropoliteni"nin mətbuat xidmətindən Lent.az-a verilən məlumta görə, "Elmlər Akademiyası", "28 May" və "İçərişəhər" stansiyalarında sərnişinlər üçün simli kvartet və trio qruppalarının ifasında musiqi nömrələri ifa olunacaq. Proqramda klassik və xalq mahnılarından ibarət əsərlər səsləndiriləcək.
Tədbir 18 sentyabr tarixi saat 11:00-da "Elmlər Akademiyası" stansiyasının əsas girişində, 12:15-də "28 May", 13:30-da "İçərişəhər" stansiyalarında başlayacaq və hər biri 2 saat davam edəcək.

Xəbər xətti