Lənkəranda 6 ədəd PHS aşkar olunub

09:28 - 17 Sentyabr 2016 - Xəbər

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən sentyabrın 16-da Lənkəran şəhərində aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb. Agentlikdən Trend-ə verilən məlumata görə, Lənkəran şəhəri – dəniz sahilində 1 təhlükəli əraziyə baxış keçrilib, 6 ədəd partlamamış tank əleyhinə mina (5 ədəd TM-62P və 1 ədəd TM-62M) aşkar edilərək götrülüb, nəticə etibarilə 500 kv.m ərazi yoxlanılıb.
Cəmi: dəniz sahilində 1 təhlükəli əraziyə baxış keçrilib 6 ədəd partlamamış tank əleyhinə mina (5 ədəd TM-62P və 1 ədəd TM-62M) aşkar olunub, nəticə etibarilə 500 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 16 sentyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 479 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 41 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Xəbər xətti