“Abstrakt Dünyaya İctimai Baxış” adlı layihənin final mərhələsi keçirilib

14:29 - 16 Sentyabr 2016 - Cəmiyyət

Etika Akademiyasında ictimai fəal Nurlana Məmmədova Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsində qalib olmuş “Abstrakt Dünyaya İctimai Baxış” adlı layihəsinin final mərhələsi keçirilib. Layihənin əsas məqsədi  Azərbaycanda abstrakt yaradıcılıq metodunun inkişafına dəstək olmaq, gənclərin abstrakt incəsənət sahəsində aktivlləşməsinə təkan vermək, daxili dünya və şüuraltı məntiqi təfəkkürü abstrakt rəsm əsərlərinin köməyi ilə insanlar arasında ictimai baxışın artmasına töhfə verməkdir.
Açılış nitqi ilə çıxış edən layihə rəhbəri Nurlana Məmmədova  gənclərin bu sahəyə olan marağını qeyd edərək, abstrakt yaradıcılıq metodunun inkişafı, onun Azərbaycan sənətinin təsviri sənət kimi olmasının vacibliyini vurğuladı.
“Abstrakt Dünyaya İctimai Baxış” adlı rəsm sərgisində Nurlana Məmmədovanın kətan üzərində yağlı boya ilə çəkdiyi 30 absrakt rəsm əsərlərləri burada  iştirak edən insanlara nümayiş edilmişdi. 
Daha sonra İbrahim Məmmədov, Kübra Babayeva, Nərminə Məmmədova və Fəridə Əkbərli çıxış edərək, belə layihələrin uşaq və gənclərin fərdi inkişafına töhfə verdiyini qeyd etdilər və layihəyə bol uğurlar arzuladılar.
Layihə  sərgi şəklində həyata keçirildi və sərgidə nümayiş olunan  abstrakt rəsimlər haqda qonaqlara ətraflı məlumat verildi.

Xəbər xətti