Elmira Axundovanın Masallıda görüşləri davam edir - FOTOLAR

13:22 - 16 Sentyabr 2016 - Cəmiyyət

Millət vəkili Elmira Axundova 2016-cı il 15 sentyabrda Masallının Dəlləkoba orta məktəbinin açılışında iştirak edib. Tədbirdə çıxış edən deputat xanım məktəbin bu cür yüksək səviyyədə təmirindən məmnunluğunu dilə gətirdi və əmin olduğunu bildirdi ki, bu təhsil ocağı özünün keyfiyyətli tədris və təlimi ilə savadlı gənclərin yetişdirilməsi işinə öz töhvəsini verəcək. O, məktəbin təhsil işçilərinə və şagirdlərinə ən xoş arzularını ifadə etdi. Daha sonra Elmira Axundova rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovla birlikdə məktəbin otaqlarına baxış keçirdi, dərs şəraiti ilə tanış oldu. Birinci sinif çagirdlərinə öz hədiyyələrini təqdim etdi. Bunun ardınca o, məktəbin müəllim kollektivi, həmçinin kənd ağsaqqalları ilə xatirə şəkli çəkdirdi. Təhsil, tədris və təlim üzrə fikir mübadiləsi apardı.

Tədbirdən sonra millət vəkili rayonunun kənd təsərrüfatı idarəsinin rəisi və rayon icra başçısının iqtisadi məsələlər üzrə müavini ilə görüşdü. Bu işgüzar söhbət zamanı rayonun hazırki iqtisadi vəziyyəti, çayçılıq, tərəvəzçilik sahələrinin və turizm sektorunun Masallı rayonu üzrə inkişaf perspektivləri barədə onlarla ətraflı müzakirə aparıldı. Bu faydalı məlumatlar gələcəkdə deputatın plenar iclaslarda, hökumətin hesabatında, mətbuat səhifələrində öz geniş əksini tapacaq.

Günün sonunda deputat Kalinovka kəndində yaşayan, üç uşaq anası tənha qadın Kəmalə Musayevanın evinə gedərək yaşayış şəraiti ilə maraqlanıb, bələdiyyə sədri və ərazi nümayəndəsi ilə keçirilən baxışdan sonra qərara alınıb ki,  qəzalı vəziyyətdə olan evin təmiri, lazımlı mebel və məişət avadanlığı ilə təchizatı məsələsi bu strukturların vasitəsi və deputatın köməyi ilə həll olunsun. Millət vəkili üç azyaşlını məktəb ləvazimatları, ərzaq payı və digər hədiyyələrlə sevindirib.

 

Elmin


Xəbər xətti