Bu ilin 7 ayında 35400 nikah qeydə alınıb - Azərbaycanda

11:21 - 16 Sentyabr 2016 - Cəmiyyət

2016-cı ilin ilk 7 ayında Azərbaycanın qeydiyyat şöbələrində 35,4 min nikah və 7,4 min boşanma halı qeydə alınıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,3, boşanmaların sayı isə 1,3 olub. Yanvar-iyul aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları Azərbaycana daimi yaşamaq üçün 2247 nəfər gələn və 1008 nəfər ölkədən gedən qeydə alıb, miqrasiya saldosu müsbət 1239 nəfər təşkil edib. 

Xəbər xətti