Rusiyalı jurnalistlər saxlanılıb - Kosovoda

10:48 - 16 Sentyabr 2016 - Xəbər

"News Front" ağentliyinin rusiyalı jurnalistlər qrupu Kosovoda saxlanılıb. Bu barədə agentliyin rəhbəri Konstantin Knırik "İnterfaksa" bildirib.

"News Front"un serb redaksiyasının rəhbəri, Rusiya vətəndaşı Oksana Sazonova, həmçinin operator Serqey Belous Kosovo ərazisindəki pravoslav məbədlər, həmçinin albanlar və serblərin regionunda birgə yaşamaları haqqında süjetin çəkilişi zamanı polis tərəfindən saxlanılıb. Jurnalistlər Kosovo haqqında sənədli filmi çəkməyi planlaşdırırdılar", - deyə Knırik bildirib.

O bildirib ki, saxlanılanlar Priştinaya gətiriliblər.

"Jurnalistlərin çəkiliş avadanlığı əllərindən alınıb. Onlara Serbiya və Rusiya ilə əlaqə saxlamağa imkan verilmir", - deyə o Knırik əlavə edib. 

Xəbər xətti