Bakıda biabırçılıq: balaca uşağa qoyun kəsdirdilər -VİDEO

13:43 - 14 Sentyabr 2016 - Cəmiyyət

Qurban bayramı münasibəti ilə dünyanın bir çox yerində insanlar qurban kəsir.  Baku.ws-in xəbərinə görə, bir görüntüdə Bakıda kişinin uşağı heyvanı kəsməyə məcbur etdiyi əks olunub. Uşağın əlinə bıçaq verən kişi qoyunun başını kəsməsini tələb edir.

 Azyaşlı balaca qurbanlıq qoyunu ehtiyyatla kəsməyə çalışıb. Video sosial şəbəkədə narazılıqla qarşılanıb. Əksər istifadəçilər uşağın əlinə bıçaq verməyin düzgün olmadığını bildirir. Ancaq bu fikirlə razı olmayanlar da az deyil.  

Xəbər xətti