Gömrükçülər dərman preparatları aşkar ediblər

12:37 - 14 Sentyabr 2016 - Xəbər

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycandan Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşının əl yükünə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, baxış zamanı həmin yükün içərisindəki polietilen paketdə, əvvəlcədən gömrük orqanlarına bəyan edilməmiş vəziyyətdə - 350 kapsul “Tramadol” 200 mq və 30 həb “Tramadol” 150 mq adlı dərman preparatları aşkar edilərək götürülüb.

Məlumat üçün bildiririk ki, “Tramadol” adlı dərman preparatı Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti