5,9 bal gücündə zəlzələ olub - Kolumbiyada

10:56 - 14 Sentyabr 2016 - Xəbər

Kolumbiyanın şimal-qərbində 5,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, episentr Mutata şəhərindən 38 km. şimal-şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı yerin 10 km. dərinliyidə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Xəbər xətti