MSK-da referendumu izləmək üçün 1 057 müşahidəçi qeydiyyatdan keçib

16:26 - 10 Sentyabr 2016 - Cəmiyyət

 Sentyabrın 14-dən referendumla əlaqədar seçki bülletenlərin dairə seçki komissiyalarına paylanılmasına başlanacaq. “Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.
Onun sözlərinə görə, referendumu müşahidə etmək üçün dairələrdə 46 569 müşahidəçi qeydə alınıb: "Dairələrdə müşahidəçilərin qeydiyyatı seçkilərə 5 gün qalana qədər davam edəcək".
MSK sədri qeyd edib ki, komissiyada referendumu izləmək üçün 1 057 müşahidəçi qeydiyyatdan keçib və onların 777-si QHT-lərdir: "Seçki günü müşahidəçilərin müraciətlərinə dərhal münasibət bildirilməlidir".

Xəbər xətti