Metronun “Elmlər Akademiyası” stansiyasının 1-ci vestibülünün açılış tarixi AÇIQLANDI

17:05 - 9 Sentyabr 2016 - Cəmiyyət

“Elmlər Akademiyası” metro stansiyasının 1-ci vestibülü sentyabrın 15-də istifadəyə veriləcək. AzərTac xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
O bildirib ki, “Elmlər Akademiyası” metro stansiyasının 1-ci vestibülündə aparılan təmir işləri başa çatmaq üzrədir, işlərin əksər hissəsi görülüb.
Stansiyanın 1-ci vestibülünün açılışı oktyabr ayına planlaşdırılmasına baxmayaraq, sentyabrın 15-də yeni dərs ilinin başlamasını, xüsusilə də “Elmlər Akademiyası” stansiyasında sıxlıq yaranacağını nəzərə alaraq, sentyabrın 15-də stansiyanın açılışı nəzərdə tutulur.
Qeyd edək ki, vestibülün bağlanmasına səbəb 3 eskalatorun istismar müddətini başa vurması olub. Buna görə də həmin vestibüldəki hər 3 eskalator sökülərək yeni, müasir eskalatorlarla əvəzlənib. Eskalatorla yanaşı, stansiyanın birinci vestibülü də təmir edilir.

Xəbər xətti