Azərbaycanın görkəmli alimi Lütfi Zadə daha bir medal aldı

14:18 - 9 Sentyabr 2016 - Xəbər

ABŞ-ın nüfuzlu Berkli Universitetində sentyabrın 7-də dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadəyə həsr olunan mərasim keçirilib. AMEA-dan Trend-ə verilən məlumata gröə, mərasimdə AMEA-nın qərarı ilə Lütfi Zadənin təltif olunduğu Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medal Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev tərəfindən dünya şöhrətli alimə təqdim olunub.
Tədbirdə çıxış edən baş konsul Nəsimi Ağayev bildirib ki, professor Lütfi Zadə öz elmi nailiyyətləri və dünya tərəqqisinə verdiyi töhfələri ilə sadəcə Azərbaycan və ya ABŞ-ın deyil, bütün bəşəriyyətin dəyərli təmsilçilərindəndir. Baş konsul, çıxışının sonunda AMEA-nın prezidenti, akademik Akif Əlizadə tərəfindən mərasim münasibətilə professor L.Zadəyə ünvanlanmış təbrik məktubunu oxuyaraq, qızıl medalı təntənəli surətdə dünya şöhrətli alimə təqdim edib.

Xəbər xətti