76 yaşlı azərbaycanlı İnterpol xətti ilə axtarışa verilib

11:22 - 6 Sentyabr 2016 - Xəbər

76 yaşlı Azərbaycan vətəndaşı axtarışa verilib. Trend-in məlumatına görə, bu barədə İnterpolun Azərbaycan nümayəndəliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Şəmkir rayon sakini, 1940-çı il təvəllüdlü Əliyar Həsənov barəsində İnterpol xətti ilə axtarış elan olunub. O, başqasının külli miqdarda əmlakını mənimsəməkdə təqsirləndirilib.

Xəbər xətti