Gürcüstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

10:53 - 6 Sentyabr 2016 - Xəbər

Oktyabrın 8-də Gürcüstanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq.

"Report" xəbər verir ki, həmin məntəqədə Azərbaycanda daimi yaşayan və həmçinin burada müvəqqəti olan bütün Gürcüstan vətəndaşları səs verə biləcək.

Xəbər xətti