Səyyar ASAN xidmət Mingəçevirdə

Səyyar ASAN xidmət 5 – 30 sentyabr tarixlərində Mingəçevir şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Lent.az-ın məlumatına görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

 Bu xidmətlərə aşağıdakılar daxildir:
* Notariat fəaliyyəti;
* Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
* Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
* Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
* Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
* Əmək pensiyalarının təyin edilməsi;
* Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
* Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
* Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Tarix
5 Sentyabr 2016 [12:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2016-09-05 12:35:41
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin