Ana səhifə
15 Noyabr 2018

"Yaraşıqlı kişilər mənim ayaqlarım altında ..."

Azərbaycanlı kişiyə 40 minlik intim təklif edən rus qızdan açıqlama Azərbaycanlı kişiyə 40 minlik intim təklif edən rus qızdan açıqlama
 

Rusiyalı balerina Anastasiya Voloçkova azərbaycanlı biznesmenə 40 min dollar qarşılığında intim münasibət təklif etməsi haqda xəbərlərə münasibət bildirib.Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, o, bütün bunları təxribat və yalan adlandırıb:
"Bu, cəfəngiyyatdır. Bir şey demək istəyirəm: mən uğurumu, gözəlliyimi, azadlığımı qurban vermək istəmirəm. Çünki yaraşıqlı kişilər mənim ayaqlarım altında hədiyyələrlə, "Maybax"la, qucaq dolu güllərlə növbəyə durublar ki, mənimlə görüşsünlər. Bütün bu yalanları isə şərh etmək niyyətində deyiləm".
Qeyd edək ki, bu haqda xəbəri Rusiyada əyləncələr təşkil edən agentliyin rəhbəri Dmitri Tulyaninov yaymışdı. O bildirib ki, azərbaycanlı biznesmen “Ulduzla şam yeməyi” layihəsi çərçivəsində agentliyə müraciət edib. İş adamı 25 min dollar müqabilində balerina ilə Bakıda görüş sifariş verib və sifariş qəbul olunub. Lakin sonda rusiyalı balerina azərbaycanlı biznesmenə əlavə 40 min dollar qarşılığında intim xidmət təklif edib. İş adamı bu təkliflə razılaşıb və avans ödəyib.

Daha sonra Anastasiya Voloçkova oteldə otağının qapısını bağlayaraq, çölə çıxmayıb, səhəri gün isə pulu da götürərək Azərbaycanı tərk edib.

Tarix
27 Avqust 2016 [15:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin