Avtomobil təmiri sexində yanğın olub - Ağsuda

13:53 - 26 Avqust 2016 - HADİSƏ

Yanğından avtomobilin qalan hissəsi və təmir sexi mühafizə olunub

Ağsu rayonunda avtomobil yanıb. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Navahı kəndində baş verib.
Vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan avtomobil təmiri sexində təmirə dayanmış “VAZ 2106” markalı minik avtomobilinin salon hissəsi yanıb. 
Yanğından avtomobilin qalan hissəsi və təmir sexi mühafizə olunub.

Xəbər xətti