"Türk Hava Yolları" təyyarələrinə Lənkərana uçmağa icazə verildi

15:16 - 22 Avqust 2016 - Xəbər

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası "Türk Hava Yolları" (THY)  şirkətinə Lənkəran şəhərinə aviareys açmaq üçün icazə verib.Administrasiyadan Trend-ə bildiriblər ki, THY müvafiq xahişlə bir neçə dəfə müraciət edib: "Sonuncu belə müraciət yayın əvvəlində olub".
İstanbuldan Lənkərana aviareysin açılması tarixinə gəlincə, Administrasiyadan qeyd ediblər ki, THY uçuşların başlama vaxtını özü seçəcək.

Xəbər xətti