Rəşad Sadıqov ilk məşqçisinə avtomobil bağışladı

14:16 - 22 Avqust 2016 - Xəbər

Azərbaycanın futbol üzrə milli komandası və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov ilk məşqçisinə avtomobil hədiyyə edib. Lent.az-ın məlumatına görə, bu barədə onun  ilk məşqçisi Vaqif Paşayev “Futbol+” qəzetinə açıqlama verib.
O, bildirib ki, təxminən 20 gün əvvəl onun yetirmələrindən olan Rəşad Sadıqov ona sürpriz edib: “ Rəşad Sadıqov mənə “Mercedes” markalı avtomobil bağışladı. Bu futbolumuzda ikinci belə hadisədir. İlk dəfə bu addımı Mahir Şükürov atıb. O da baş məşqçisi Sabir Əliyevə avtomobil bağışlamışdı. Hədiyyə görə, Rəşada təşəkkür edirəm”. 

Xəbər xətti