Şamaxıda 57 yaşlı kişi intihar edib

11:15 - 18 Avqust 2016 - HADİSƏ

Şamaxı rayonunda intihar hadisəsi baş verib.Apa-nın xəbərinə görə, Mədrəsə qəsəbəsinin sakini, 1959-cu il təvəllüdlü Hüseynov Həsrət Babasəlim oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asıb.
Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər xətti