Lənkəranda baş vermiş qəza ilə bağlı RƏSMİ MƏLUMAT

12:27 - 4 Avqust 2016 - Xəbər

Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Lənkəranda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. FHN-nin saytında verilmiş məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Lənkəran şəhərində vətəndaşlara məxsus "Iveco" markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq qəza nəticəsində deformasiyaya uğramış “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişin 1980-cı il təvəllüdlü Famil Ağacan oğlu İbadovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 10:25-də başa çatıb.

 
 

Xəbər xətti