Bakının bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər - SİYAHI

12:03 - 4 Avqust 2016 - Xəbər

Bu gün paytaxtın bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumat deyilir. Məlumatda qeyd edilir ki, Bakı şəhəri İzmir küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar 04 avqust 2016-cı il tarixində gün ərzində Yasamal və Nəsimi rayonlarının bəzi yerlərinə - İzmir küçəsində 5,7,9 saylı yaşayış binalarına, Tbilisi prospekti, Akademik Həsən Əliyev və Bakıxanov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Xəbər xətti