Bu gün Bakının mərkəzi prospektində hərəkət məhdudlaşdırılacaq

12:01 - 4 Avqust 2016 - Xəbər

 Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir. Bu çərçivədə bu gün saat 22:00-dan etibarən səhər saatlarına qədər Neftçilər prospektinin Azneft dairəsindən Bakı Dəniz Vağzalının qarşısına qədər olan hissəsində yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq. 
"Azəravtoyol" ASC-dən "Report"a verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçmək tövsiyə edilir.

Xəbər xətti