Dənizdə batan qadının meyiti tapılıb

18:05 - 3 Avqust 2016 - HADİSƏ

Novxanı qəsəbəsində dənizdə batan qadının meyiti tapılıb. FHN-nin saytında verilmiş məlumata görə, 02 avqust 2016-cı il tarixində Abşeron rayonu, Novxanı qəsəbəsində dənizdə, nəzarət olunmayan ərazidə batmış 2002-ci il təvəllüdlü Əliyeva Aytac Vasif qızının cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 120 metr aralıda sudan çıxarılıb. Əliyeva Aytacın meyiti aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti