Gömrükçülər “Tramadol” və marixuana aşkar edərək götürüblər

17:07 - 3 Avqust 2016 - Xəbər

Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı vətəndaşa məxsus əl yüklərinin içərisində 600 ədəd həb şəklində “Tramadol” adlı güclü təsir edən maddə aşkar olunub.
 DGK Mətbuat Xidmətindən verilən məlumata görə, Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun piyada xəttinə isə Gürcüstan Respublikasına getmək üçün daxil olan Azərbaycan Respublikasının vətəndaşına məxsus siqaret qutusundan bir ədəd bükümdə, 2 qram narkotik vasitə olan - marixuana aşkar olunaraq götürülüb.

 Hər iki faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti