UEFA-nın yeni reytinq siyahısı açıqlanıb

15:01 - 3 Avqust 2016 - İDMAN

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən 5 cavab oyunundan sonra siyahıda ciddi dəyişiklik olmayıb.Azərbaycanın mövqeyi də dəyişməyib. Ancaq 24-cü pillədə olan ölkəmizin hesabına 0.125 xal əlavə olunub. Bu, “Qarabağ”ın “Viktoriya” ilə qollu heç-heçəsi (1:1) sayəsində olub.
Qeyd edək ki, cari mövsüm avrokuboklarda iştirak edən klublarımız Azərbaycana 2.250 xal qazanıdırıb.

Xəbər xətti