“Qarabağ” üçün 4 potensial rəqib

14:55 - 3 Avqust 2016 - İDMAN

Çempionlar Liqasında mübarizəni dayandıran “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində çıxış edəcək.Qol.az-ın məlumatına görə, artıq bu mərhələdə Ağdam klubunun dörd potensial rəqibi bəllidir.Bunlar “Qarabağ” kimi Çempionlar Liqası ilə vidalaşan “Dinamo” (Gürcüstan), BATE (Belarus), “Rusenburq” (Norveç) və Serbiyanın “Srvena Zvezda” komandasıdır. 
Qeyd edək ki, “Qarabağ”ın digər potensial rəqibləri Çempionlar Liqasının III təsniaft mərhələsinin bu gün keçiriləcək cavab oyunlarından sonra bilinəcək.

Xəbər xətti