Prezident İlham Əliyev Çinin yeni səfirinin etimadnaməsini qəbul edib

10:48 - 3 Avqust 2016 - Xəbər

 Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanın etimadnaməsini qəbul edib."Report"un xəbərinə görə, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.
Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfirlə söhbət edib.


Xəbər xətti