MSN ​KİV-ə müraciət etdi

14:26 - 2 Avqust 2016 - Xəbər

 İyulun 26-da Şirvan “Araz” zavodunda baş vermiş hadisənin araşdırılması məqsədilə yaradılan Dövlət Komissiyası öz işini davam etdirir.Bu barədə “Report”a Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Məlumatda bildirilib ki, baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması işlərinə başlanılıb.

Hadisə zamanı xəsarət alan iki nəfərin müalicəsi davam etdirilir.
“Bütün bunlara baxmayaraq, bəzi kütləvi informasiya vasitələri həqiqətə uyğun olmayan əsassız və qərəzli məlumatlar yayırlar. Bu da heç bir jurnalist etikasına sığmır.
Bir daha qeyd edirik ki, məsələ ilə bağlı məlumat yayarkən nazirliyin mətbuat katibliyindən verilən məlumatlara istinad edilməlidir. Əks halda nazirlik öz hüquqlarını qorumaq üçün müvafiq qaydada məhkəmə orqanlarına müraciət edəcək”, - nazirlikdən bildirilib.

Xəbər xətti