“Qarabağ” üçün tarixi gün

14:00 - 2 Avqust 2016 - İDMAN

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Günün ilk oyunu Bakıda baş tutacaq. Son illər Azərbaycanın dəyişməz çempionu “Qarabağ” “Viktoriya”nı sınağa çəkəcək. Çexiyada baş tutan ilk matçda qapılara qol vurulmayıb. Bu nəticə Ağdam klubunun mərhələni uğurla adlamasına kömək edə bilər. 

Qurban Qurbanovun komandası “Viktoriya”nı mübarizədən kənarlaşdıracağı təqdirdə, Azərbaycan futbolunda ilkə imza atacaq. Buna qədər heç bir klubumuz ÇL-də III təsnifat mərhələsini uğurla adlamayıb. 

2 avqust
Çempionlar Liqası, III təsnifat mərhələsinin cavab oyunu

20:30. "Qarabağ" (Azərbaycan) - “Viktoriya” (Çexiya)
Baş hakim: Hüseyin Göçek
Baş hakimin köməkçiləri: Mustafa Əmrə Eyisoy, Kemal Yilmaz
Dördüncü hakim: Bariş Şimşek (hamısı Türkiyə)
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 0:0

Xəbər xətti