YAP referendumla bağlı təşəbbüs qrupu yaratdı

17:01 - 1 Avqust 2016 - SİYASƏT

Avqustun 1-də 2016-cı il sentyabr ayının 26-a təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən təşəbbüs qrupunun yaradılması məqsədi ilə təşəbbüsçülərin yığıncağı keçirilib. Yığıncağda 3 952 ilkin təşəbbüsçünü təmsil edən 315 nümayəndə iştirak edib.
Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin ali məqsəd və məramı nəzərə alınaraq təşəbbüs qrupunun "Yeni Azərbaycan" adlandırılması qərara alınıb.
Təşəbbüsçülərin yığıncağında Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşəbbüs qrupunun 24 nəfər səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub, habelə yaradılan "Yeni Azərbaycan" təşəbbüs qrupunun qeydiyyatdan keçməsi məqsədilə Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim edilməsi haqqında qərar qəbul edilib.

Xəbər xətti