ABŞ Dövlət Departamenti: Azərbaycanda maliyyə şəffaflığının təminatı istiqamətində mühüm irəliləyişlər var

16:43 - 1 Avqust 2016 - Xəbər

ABŞ Dövlət Departamenti 2016-vı il üçün Maliyyə Şəffaflığı Hesabatını açıqlayıb.
ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, hesabatda Azərbaycanın budcəsinə dair məlumatlar və həmçinin təbii sərvətlərin işlənməsinə üçün dövlət kontraktlarının və lisenziyaların verilməsi prosesləri öz əksini tapıb. 
Hesabatda Azərbaycan tərəfindən maliyyə şəffaflığının təminatı istiqamətində etdiyi mühüm irəliləyişlər qeyd edilir və ABŞ hökumətinin Azərbaycanın sözügedən sahədə etdiyi səylərə yüksək qiymət verdiyini vurğulayır. Sənəddə bildirilir ki, maliyyə şəffaşlığı vətəndaşlara büdcə barədə məlumat verərək hökumətin məsuliyyətinin və daha fəal ictimai müzakirələrin gücləndirilməsinə təkan verir: "İctimai maliyyə idarəçiliyinin vacib bir elementi olan maliyyə şəffaflığı bazarda etimadın gücləndirilməsi və iqtisadi davamlılığın möhkəmlənməsində vacib rol oynayır".

Xəbər xətti