Ermənistan polisi saxlanılan müxalifətçiyə işgəncə verib

15:01 - 1 Avqust 2016 - DÜNYA

 Ermənistan polisi Yerevanın Erebuni rayonunda polis bölməsini ələ keçirmiş silahlı qruplaşma ilə əlaqəsinin olması şübhəsiylə saxlanılan müxalifətçi Andreas Qukasyana işgəncə verib. "Report" "Armİnfo"ya istinadən xəbər verir ki, müxalifətçiyə işgəncə verilməsi barədə məlumatı Antiböhran Şurasının üzvü Saro Saroyan verib.

Onun sözlərinə görə, polis dəyənəklə A.Qukasyanın dizini əzib, o, hərəkət etmək iqtidarında deyil. Antiböhran Şurasının üzvü qeyd edib ki, müxalifətçini heç tibb məntəqəsinə də keçirmirlər.
Məsələ ilə əlaqədar, A.Qukasyanı ziyarət etmək və onun tibb məntəqəsinə köçürülməsinə yardımçı olmaq xahişi ilə S.Saroyan "İrs" fraksiyasının rəhbəri Zarui Postancyana müraciət edib.

Xəbər xətti