Ərdoğanı öldürmək istəyən 12 hərbçidən 11-i həbs edildi

Türkiyədə 15 iyul hadisələri zamanı ölkə başçısı Rəcəb Tayyip Ərdoğanı öldürmək üçün göndərilmiş hərbçilərdən 11-i həbs edilib. Lent.az Anadolu agentliyinə istinadən xəbər verir ki, baş tutmayan sui-qəsd planından sonra meşəyə qaçan əsgərlərdən 9-u Muğlanın Ula rayonu ərazisində xüsusi əməliyyat nəticəsində yaxalanıb. Digər iki hərbçi isə səhər saatlarında tutulub. Hazırda prezidentə sui-qəsd etmək istəyən 12 nəfərlik qrupun sonuncu üzvünün yaxalanması istiqamətində iş aparılır.
Rəcəb Tayyip Ərdoğana qarşı sui-qəsd etməyi planlaşdıran və bu gecə yaxalanan hərbçilərin adları məlum olub. Bunlar, Enes Yılmaz, Ergün Şahin, İsmail Yiğit, Mehmet Demir, Məhəmməd Burak İpek, Murat Köse, Şükrü Seymen, Bahadur Sagun, Mehmet Öztürk, Mustafa Serdar Özay və Muammer Gözüböyükdür.

 
Qeyd edək ki, fərari hərbçilərin yaxalanması əməliyyatı zamanı hər hansı silahlı qarşıdurma baş verməyib.

Tarix
1 Avqust 2016 [11:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2016-08-01 11:31:13
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin