Yerevanda PPX alayının binasını ələ keçirənlərlə polis arasında atışma olub

17:39 - 29 İyul 2016 - Xəbər

 Yerevanda post-patrul xidməti alayının binasını ələ keçirən silahlı qruplaşma ilə polis arasında atışma baş verib. Nəticədə binanı ələ keçirən qrup üzvlərindən biri - Araik Xandoyan yaralanıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə "Təsis parlamenti" müxalifət hərəkatının üzvü Syuzan Simonyan "Facebook" səhifəsində yazıb.
Ermənistan KİV-inin yazdığına əsasən, A.Xandoyan ayağından snayperlə vurulub. Ermənistan polisində bu faktı təsdiq ediblər. Verilən məlumata görə, qruplaşma üzvləri hüquq-mühafizə orqanlarının tələblərini pozaraq PPX alayının binasında atəş açıb və polisin buna cavabı nəticəsində atəş açanlardan biri yaralanıb. 

Xəbər xətti