“Qarabağ” – “Viktoriya” oyununu türkiyəli hakimlər idarə edəcək

11:10 - 29 İyul 2016 - İDMAN

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Viktorya” matçının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Çexiya çempionlarının avqustun 2-də keçiriləcək qarşılaşması türkiyəli hakimlərə tapşırılıb.Bakıda baş tutacaq görüşü Hüseyn Göçek idarə edəcək. Ona həmyerliləri kömək edəcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu

20:30. “Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Çexiya)
Baş hakim: Hüseyin Göçek
Baş hakimin köməkçiləri: Mustafa Əmrə Eyisoy, Kemal Yilmaz
Dördüncü hakim: Bariş Şimşek (hamısı Türkiyə)
Hakim-inspektor: İqor Satkii (Moldova) 
UEFA nümayəndəsi: Andreas Akkelides (Kipr)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Xəbər xətti