Roman Qriqorçuk: “Bu heç-heçə bizim üçün tarixi nəticədi”

08:18 - 29 İyul 2016 - İDMAN

"Lilldəki bu heç-heçəni Cavid Hüseynova həsr edirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının III təsnifat mərhələsinin “Lill” – “Qəbələ” oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında təmsilçimizin baş məşqçisi Roman Qriqorçuk deyib. Ukraynalı mütəxəssis qarşılaşma haqda fikirlərini açıqlayıb: “Bu heç-heçə bizim üçün tarixi nəticədi. Həmin uğuru da kapitanımıza həsr edirik. O, indi bizimlə deyil. Biz özümüzə inanır və asılı olan hər şeyi edəcəyik. Başa düşürük ki, bir həftəyə oyun planında artıra bilərik. Əlbəttə ki, yaxşı oynayıb “Borussiya” və “Krasnodar”a uduzduğumuz vaxtla müqayisədə daha çox təcrübəmiz var. Amma “Lill” yüksək səviyyəli futbolçulardan təşkil olunub. Onların da yüksək sürəti var. Belə tempə qarşı ya eyni futbol oynamalısan, ya da taktika işlətməlisən. Çünki rəqib çox güclü “silah”a malikdi”.

Xəbər xətti