Qənirə Paşayeva 5 ölkədən olan həmkarları ilə görüşüb

00:45 - 29 İyul 2016 - SİYASƏT

Millət vəkili Qənirə Paşayeva Pakistan, Hindistan, İspaniya, Misir və Çindən olan həmkarlarını Qarabağ məsələsində hər zaman ədaləti dəstəkləməyə çağırıb. Ucnoqta.az-ın məlumatına görə, Q.Paşayeva Pakistan Milli Assambleyasının üzvü, millət vəkili Shaza Fatıma Khavaja ilə görüşdə Ermənistanın vandalizm aktlarından danışıb. O bildirib ki, Pakistan Azərbaycan üçün dost, qardaş ölkədir və Azərbaycan xalqı Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı verdiyi dəstəyi yüksək dəyərləndirir: “Pakistan Xocalı soyqırımını rəsmi olaraq tanıyıb və Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləyib, eləcə də Pakistan Azərbaycan torpaqlarını işğalda saxladığı üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb. Azərbaycan xalqı dost və qardaş Pakistan dövlətinin, parlamentinin bu addımını Azərbaycana ən böyük dəstəyi və qiyməti kimi dəyərləndirir".

 
Millət vəkili Azərbaycanın da bütün beynəlxalq platformalarda hər zaman  Pakistana böyük dəstək verdiyini xüsusi vurğulayaraq ölkələrimiz arasında münasibətlərinin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qardaş Pakistanda həyata keçirdiyi böyük və əhəmiyyətli layihələrin xüsusi rolunu da vurğulayıb. Q.Paşayeva Pakistan Milli Assambleyasının üzvü, millət vəkili Shaza Fatıma Khavaja Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatlarır barədə də  geniş məlumat verib və fikir mübadiləsi aparılıb. 
 
Q.Paşayeva Pakistan Milli Assambleyasının üzvü, millət vəkili Shaza Fatıma Khavaja rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib.
Q.Paşayevanın Misir, İspaniya, Hindistandan və Çindən olan qadın millət vəkilləri və ictimai-siyası xadimləri ilə görüşündə də Qarabağ problemi, Xocalı Soyqrımının tanınması məsələsi xüsusi diqqət mərkəzində olub. Millət vəkili Misir, İspaniya, Hindistandan və Çindən olan həmkarları ilə görüş zamanı Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin bu ölkələrdə daha da geniş yayılması istiqamətində müəyyən təklifləri də müzakirə edib: “Dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan hər kəs Ermənistanın törətdiyi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdır”.


Xəbər xətti