Üç rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

18:03 - 28 İyul 2016 - Cəmiyyət

 İyulun 29-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Qax”, “Zaqatala” və “Balakən” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
SOCAR-dan verilən məlumata görə, təmir müddətində Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Xəbər xətti