​“Aztelekom” MMC-nin həbsdə olan sabiq baş direktoru Bakı İstintaq Təcridxanasına köçürülüb

15:09 - 27 İyul 2016 - Xəbər

 "Aztelekom" MMC-nin həbsdə olan sabiq baş direktoru Məhəmməd Məmmədov Bakı İstintaq Təcridxanasına köçürülüb.Bu barədə "Report"a onun yaxınları məlumat verib. Məlumata görə, bir müddət əvvəl Penitensiar Xidmətin Müalicə Müəssəsində müayinə olunan keçmiş baş direktorun səhhəti hazırda normaldır.

Qeyd edək ki, ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində nazirliyin "Aztelekom" MMC-nin baş direktoru M.Məmmədov saxlanılıb. Daha sonra məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
M.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. 

Xəbər xətti