Tələbələr “Excelsior Hotel Baku” otelində peşəkar tədris proqramında iştirak edirlər

14:25 - 27 İyul 2016 - Cəmiyyət

 “Excelsior Hotel Baku”  otelində  tələbələr üçün  peşəkar tədris  proqramı davam edir.Otelin İnsan resursları departamenti tərəfindən  tələbələrin təcrübə toplaması  üçün hazırlanmış proqramda  Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri  və  kulinar və aşpaz hazırlayan texniki-peşə məktəbləri şagirdləri iştirak edirlər.  Pulsuz öyrədici proqram 6 ay üçün nəzərdə tutulmuş və  proqram başa çatdıqdan sonra müvafiq sertifikat verilir.
 “Excelsior Hotel Baku” otelinin İnsan Resursları departamentinin meneceri Kamran Rzayev təcrübə proqramı ilə bağlı qeyd etdi ki, bu gün “Excelsior Hotel Baku” oteli –tələbələr  üçün peşəkar inkişaf, karyerada yüksəliş və özünü reallaşdırma üçün imkanlar deməkdir. 2016-cı ildə 25 nəfər tələbə 15 aprel 2016-cı il tarixindən 15 sentyabr 2016-cı il tarixinə qədər  oteldə  İnsan Resursları, Müştəri Xidməti, Marketinq və Satış  və s. departamentlərdə təcrübə keçirlər.                        
Qeyd edək ki, “Excelsior Hotel Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

Xəbər xətti