Balakən polisi əməliyyat keçirib

12:16 - 27 İyul 2016 - Xəbər

Balakəndə polis əməliyyat keçirib. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mahamalar kəndində yaşayan Şəmkir rayon sakini Natiq Alıyevin evinə baxış zamanı “PZU-5M” markalı partladıcı qurğu (generator), Qaysa kənd sakini Məhəmməd Gəncəyevdən isə müvafiq sənədləri olmayan yivsiz ov tüfəngi aşkar edilərək götürülüb.

Xəbər xətti